İsmayıllıdan olan idmançılar ağırlıqqaldırma üzrə ölkə birincisi olublar.
ShimalNews xəbər verir ki, Selcan Qarayeva (55 kq) və Mələk Hüseynli (87 kq) həm gənclər arasında Azərbaycan birinciliyinin, həm də böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında fəxri kürsünün 1-ci yerlərinə layiq görülüblər.
Çempionat Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında keçirilib. Gənclər və İdman Nazirliyi ilə Ağırlıqqaldırma Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayıb.