top
Gimnastikadan oxatmaya — İsmayıllılı Fatimə Hüseynlinin uğur yolu
Foto
27 fevral 2026, 15:07
- ↺ +

Gimnastikadan oxatmaya — İsmayıllılı Fatimə Hüseynlinin uğur yolu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kamandan oxatma idmanı Azərbaycanda hələ geniş kütləvi populyarlığa malik olmasa da, məhz bu sahədə gənc və istedadlı Fatimə Hüseynli beynəlxalq arenada uğurla ölkəmizi təmsil edir.

İdman.Biz-ə verdiyi müsahibədə 18 yaşlı idmançı idmana gəlişi və böyük ambisiyalı planlarından danışıb.

- Fatimə, niyə daha populyar idman növləri, məsələn, gimnastika yerinə oxatmanı seçdiniz?

- Mən əvvəllər gimnast idim! (gülür). On ildən artıq müddət gimnastika ilə məşğul olmuşam, amma ciddi zədələndim. Mənim üçün ya əməliyyat olunmaq və qayıtmaq şansı əldə etmək, ya da idmanı tərk etmək lazım idi. Mən ikinci variantı seçdim, üstəlik oxatmanı sınamaq imkanı təklif edildi.

- Bu təkliflə dərhal razılaşdınız?

- Bəli. Uşaqlıqda İsmayıllı rayonuna tətilə gedəndə tez-tez evdə öz hazırladığım ox və tirlərlə məşğul olurdum. Deyə bilərəm ki, bu işdə dərhal özümü tapdım. Anam həmişə mənə dəstək olub – həm gimnastikada, həm də oxatmada. Uğurlarımı birinci növbədə ona borcluyam, sonra isə məşqçilərə və federasiyaya.

- Hansı uğurlarınızı qürur mənbəyi hesab edirsiniz?

- Bu idman növünə dörd il əvvəl gəldim. Üç il ərzində beynəlxalq səviyyədə çıxış edərək Azərbaycanda 30 il ərzində olmayan nəticəyə nail oldum. 2024-cü ildə Rumıniyada U21 Avropa Kubokunda gümüş medal qazandım. Ondan əvvəl heç bir Azərbaycan oxatanı həm gənclər, həm də böyüklər arasında Avropa səviyyəsində medal qazana bilməmişdi. Bu, mənim üçün həqiqətən qürurvericidir! Bundan əlavə, gənclər arasında beş dəfə ölkə çempionu olmuşam və böyüklər arasında üç dəfə gümüş medal qazanmışam.

- Böyüklər çempionatında hər üç dəfə komandanın bir nömrəsi – Yaylagül Ramazanovaya uduzdunuz. İkinci yer statusunu qəbul etdiniz?

- Heç vaxt bunu qəbul etməyəcəyəm! Üstəlik, 2023-cü ildə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq turnirdə ona qalib gələrək fərdi, mikst(qarışıq komanda yarışı) yarışlarında mütləq çempion oldum.

- Deyirlər ki, rəqabət olan yerdə dostluq mümkün deyil. Ramazanova ilə münasibətiniz necədir?

- Belə deməzdim. Yaylagül ilə münasibətimiz əladır. Rəqabət yalnız idmanda qalır, həyatda isə dostuq. Beynəlxalq turnirlərdə hər zaman eyni otaqda qalırıq və o, tez-tez mənə məsləhətlər verir.

- Tez uğur qazanmağınızda sizə göstərilən dəstəyin rolunu qeyd etdiniz. Amma onu şəxsi keyfiyyətləriniz sayəsində də qazandınız. Hansı keyfiyyətlər?

- Düşünürəm, buna inam və çoxlu məşqlər səbəb olub. Bəzən isə uğur qazanmaq məsələsində şans da mühüm rol oynayır. Son Avropa U21 çempionatında dörddəbir finalda Türkiyə oxatanına məğlub oldum və beşinci yerə çıxdım. Mən əmin idim ki, onu keçəcəm – çempion olacam, çünki digər rəqiblər zəif idi. O vaxt şans onun tərəfində idi.

- Məğlubiyyətləri necə adlayırsınız?

- Onlara yapışmıram. Dünənin uğursuzluğunu düşünən sabah qələbə qazana bilməz. İndi bütün fikrim apreldə Antalyada keçiriləcək böyüklər üzrə Avropa çempionatındadır. Məqsədim – orada İstanbulda keçiriləcək Avropa Oyunlarına lisenziya qazanmaqdır.

- Gənc idmançılar adətən yumşaq oyuncaqları sevir və yarışa aparırlar. Sizin belə oyuncağınız var?

- Əlbəttə! Bu mənim talismanım olan pingvindir, 2021-ci ildən ondan ayrılmıram. O, mənimlə bütün yarışlarda olur, harada keçirilməsindən asılı olmayaraq.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər