Qusarın futbol komandası II Liqanın ən çox tamaşaçı toplayan matçlarından birində mübarizə aparıb. Bu barədə ShimalNews 20 iyun tarixində məlumat verir.
Peşəkar Futbol Liqasının rəsmi saytında açıqlanıb ki, izləyici sayına görə “Lerik” – “Qusar” matçı 2-ci yerdədir. Onu izləməyə 900 azarkeş gəlib. 1-ci “Sheki City” ilə “Dinamo” (1100 nəfər), 3-cü “Cəbrayıl” – “Füzuli” (800 nəfər) matçları olub.