Qusar Olimpiya İdman Kompleksində yenicə istifadəyə verilmiş Regional Cüdo Təlim Mərkəzinin ilk tədbiri keçirilib.
ShimalNews xəbər verir ki, təlim Azərbaycan Cüdo Federasiyasının Şimal bölməsinin təşkilatçılığı ilə baş tutub. Məşqə Qusar, Quba, Xaçmaz və Şabrandan 40-dək yeniyetmə cüdoçu qatılıb. Burada qusarlı əməkdar məşqçi Carulla Şinğarov da iştirak edib.
[video width="638" height="360" mp4="https://shimal.news/storage/photos/2024/09/459407413_512005498140891_9054496641558259799_n_1.mp4"][/video]