Qubada bədii gimnastika üzrə "Grace of Nature" turniri başa çatıb.
Shimal.News Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən bildirir ki, yarışın mükafatlandırma mərasimi keçirilib.
Tədbir Olimpiya İdman Kompleksində keçirilib. Burada 3 gün davam edən yarışlarda fərdi proqramlar və qrup hərəkətləri üzrə 60-dan artıq gimnasta medal və diplomlar təqdim edilib.
