Xaçmazın Ləcət kəndində baş verən ağır qəza bir ailəni yasa boğub. Avtomobilin aşması nəticəsində sürücü həyatını itirib, dörd nəfər xəsarət alıb.
Shimal.News xəbər verir ki, hadisə bu gün səhər saatlarında Xudat-Yalama avtomobil yolunda baş verib.
Hərəkətdə olan "VAZ-2199" minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, Ləcət kənd sakini Asim Rüfət oğlu Muradxanov hadisə yerində həyatını itirib.
Qeyd edək ki, Asim Vətən müharibəsinin iştirakçısı olub. Onun faciəli ölümü doğulduğu kənddə dərin üzüntü yaradıb.