Xaçmaz rayonunda ikimərtəbəli fərdi yaşayış evində baş verən yanğın nəticəsində qadın həyatını itirib.
Hadisə noyabrın 15-i saat 20:00 radələrində rayonun Xanoba kəndində qeydə alınıb.
Yanğın nəticəsində evdə tənha yaşayan, 1936-cı il təvəllüdlü Minacət Seyfəddin qızı İsrafilova hadisə yerində yanaraq ölüb.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.