Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, "BMW-X6" markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq çinar ağacına çırpılıb.
Qəza nəticəsində avtomobildə olan altı nəfərdən biri - 2002-ci il təvəllüdlü Eltun Elşən oğlu Əskərov ölüb, beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.