Zaqatala rayonunun Dağlı kəndində meyit tapılıb.
Lent.az-ın məlumatına görə, kənd sakini, 62 yaşlı Cuma Cəmaləddin oğlu Novruzovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisindəki meşəlik ərazidə aşkar edilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğu tərəfindən araşdırma aparılır.