İqtisadiyyat Nazirliyinin Aparatının əməkdaşı Anar Məmmədov vəfat edib.
Shimal.News-un əldə etdiyi məlumata görə, Şəkidən olan Anar Məmmədov son dövrlər özünü pis hiss etdiyi üçün həkimə müraciət edib. Aparılan müayinələr zamanı onda qan xərçəngi (leykoz) aşkarlanıb. Anar Məmmədov bir müddət sonra insult keçirib və dünyasını dəyişib.
O, doğma Şəkidə dəfn olunub. Qeyd edək ki, mərhum ailəli olub və iki övladı var idi.
Allah rəhmət eləsin!