Yerli vaxtla saat 03:39-da Şamaxı rayonunda 3,9 maqnitudada zəlzələ qeydə alınıb
Bu barədə AMEA nəzdində Respubika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata görə, zəlzələ Pirqulu stansiyasından 23 km cənub-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.
Təbiət hadisəsi hiss olunmayıb.