top
Şamaxıda məktəb direktoruna hücum edən şəxsə şərti cəza verildi
25 iyun 2026, 09:43
- ↺ +

Şamaxıda məktəb direktoruna hücum edən şəxsə şərti cəza verildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şamaxıda məktəb direktoruna hücum edən şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Hadisə rayonun Sabir qəsəbəsində A. Alxanov adına orta məktəbdə baş verib.

1982-ci il təvəllüdlü Elxan Ağayev həyat yoldaşı ilə birlikdə məktəbə gələrək direktor Gülnurə Babaşovaya hücum edib. İddiaya görə, o, direktorun kabinetini dağıdıb, marker qabını onun üzərinə ataraq baş nahiyəsindən xəsarət yetirib. Bundan başqa, məktəbdə yüksək səslə təhqiramiz ifadələr işlədərək tədris prosesini pozub.

Məlumata əsasən, hadisədən əvvəl Elxan Ağayev həyat yoldaşının məktəbdə texniki işçi kimi işə qəbul olunması üçün müxtəlif qurumlara müraciət edib. Lakin direktor onun aqressiv davranışları və pis vərdişləri ilə bağlı narahatlıqlarını əsas gətirərək həmin müraciəti müsbət qiymətləndirməyib. Bundan sonra Elxan Ağayevin məktəbə gələrək insident törətdiyi bildirilir.

Faktla bağlı Şamaxı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb və materiallar məhkəməyə göndərilib.

Məktəb direktoru məhkəmədən təqsirləndirilən şəxsə cəza verilməsini tələb etsə də, məhkəmə onun ilk dəfə cinayət törətməsini, azyaşlı övladlarının olmasını və digər yüngülləşdirici halları nəzərə alaraq sınaq müddəti təyin edilməklə şərti cəza verib.

Mənbə: Qafqazinfo.az

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 25-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:57

Şimalda fermerlər üçün maarifləndirici tədbirlər keçirilib

İdman
Dünən, 17:46

AFFA İntizam Komitəsindən "Şahdağ Qusar" və "Şimal"la bağlı qərar

Hadisə
Dünən, 17:38

Qubada kişi qonşu qadını wi-fi parola görə döydü

Kriminal
Dünən, 17:28

Azərbaycanda kütləvi kiberdələduzluq cəhdləri: Süni intellektlə insanların səsini təqlid edirlər

Cəmiyyət
Dünən, 17:00

Zərdabidə bu yol asfaltlandı

Cəmiyyət
Dünən, 16:19

Generalın şabalıd alveri ilə bağlı işdə kapitana 10 il 6 ay həbs verildi

Hadisə
Dünən, 15:46

Qaxda məktəbdə bədbəxt hadisə: 9-cu sinif şagirdi yaralandı

Kriminal
Dünən, 15:13

Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs cəzası alıb

Bütün xəbərlər
Dünən, 14:30

Şəki Dövlət Dram Teatrı tamaşa hazırlayır

İdman
Dünən, 14:00

Quba karateçiləri turnirdə 23 medal qazanıblar

Cəmiyyət
Dünən, 13:38

Şəki Xan sarayını 9 ayda 178 minə yaxın şəxs ziyarət edib

Hadisə
Dünən, 13:21

Xudatda sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı

Cəmiyyət
Dünən, 12:36

Şabranda sel nəticəsində sıradan çıxmış yol və körpülər bərpa olunub

Cəmiyyət
Dünən, 12:15

Qəbələdə bir neçə küçə qazsız qalıb

Hadisə
Dünən, 11:53

Şamaxıda mədəniyyət idarəsinin rəisi vəfat edib

Cəmiyyət
Dünən, 11:30

İş axtaranların diqqətinə: Qusarda 40-dan çox vakansiya

Cəmiyyət
Dünən, 10:42

Şimal rayonlarında məktəblər qışa hazırdırmı?

Cəmiyyət
Dünən, 10:16

"Shimal.News" yazdı, ərazi təmizləndi

Faydalı
Dünən, 09:22

Şimalın 11 rayonunda könüllülər axtarılır – Müraciət üçün son gün

Cəmiyyət
Dünən, 09:07

Qubada liseyin qarşısından keçən elektrik xətti təhlükə yaradır

Cəmiyyət
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
19 oktyabr 2026, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Oxşar xəbərlər