Qusar rayonunda fərdi yaşayış evi yanıb.
Xuroba kəndində fərdi yaşayış evində baş verən yanğın qısa müddətdə söndürülüb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Alov söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.
Yanğın yerində aparılan kəşfiyyat zamanı bir nəfərin meyiti aşkarlanıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Mənbə: Apa.az