top
Vətən müharibəsinin 16-cı günü – XRONİKA
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin 16-cı günü – XRONİKA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində torpaqlarımız uzun illik işğaldan sonra azad edilib.

44 günlük Vətən müharibəsinin 16-cı günü hərbi əməliyyatlar bütün cəbhəboyu davam edib.

Shimal.News xatırladır ki, 2020-ci il oktyabrın 12-i aşağıda göstərilən hadisələr baş verib:

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin "Haber Global" televiziya kanalına müsahibə verib.

Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstəriblər. Həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası sıradan çıxarılıb. Döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçıb. Bundan əlavə, 5-ci və 522-ci alayın şəxsi heyəti avtomobil və zirehli texnikalarını da mövqelərdə ataraq geri çəkilib. Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin 2 texnikası məhv edilib. Canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da olub.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Süleymanlı kəndinin videogörüntülərini paylaşıb.

Ermənistan ordusuna məxsus üç pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 12-si saat 12:00-dək mülki şəxslərdən 41 nəfər həlak olub, 207 nəfər isə xəsarət alıb, 1185 ev, 57 çoxmənzilli yaşayış binası və 148 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Son xəbərlər

Cəmiyyət
Dünən, 00:20

Altı il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Cəmiyyət
10 oktyabr 2026, 17:29

Qusarlı 637 bal toplayan Lera Safiyevanın seçimi – MÜSAHİBƏ

İdman
10 oktyabr 2026, 16:33

Qəbələdən start götürən III Beynəlxalq Xankəndi Ultramarafonu yekunlaşdı

Cəmiyyət
10 oktyabr 2026, 15:49

Xudatın su təminatı narazılıq yaradır

Cəmiyyət
10 oktyabr 2026, 14:56

Şimalda qar yağıb

Cəmiyyət
10 oktyabr 2026, 13:31

Qubada şəhidlərin xatirəsinə bulaq inşa edilib

Faydalı
10 oktyabr 2026, 11:19

Quba, Şəki, Zaqatala və Balakən məhkəmələrinə yeni hakimlər təyin edilib

İdman
10 oktyabr 2026, 10:40

Film kimi: Qusarlı cüdoçu atanın rəqibi oğlunun müəllimi oldu

Hadisə
10 oktyabr 2026, 10:30

Zaqatalada "VAZ 2106" elektrik dirəyinə çırpılıb

Cəmiyyət
10 oktyabr 2026, 09:37

Qəbələnin girişində zibillər yenə qalaqlandı: Eyni problem, eyni mənzərə

Cəmiyyət
10 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 14-cü günü – XRONİKA

Cəmiyyət
09 oktyabr 2026, 18:10

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Hadisə
09 oktyabr 2026, 17:43

Qubada kişi geyiminə görə arvadını BOĞDU

Hadisə
09 oktyabr 2026, 17:30

Xaçmazda yağış əvəzinə mərmər bağacığı "yağır"

Hadisə
09 oktyabr 2026, 16:51

Şimali Kiprdə saxlanılan şimallıların həbs müddəti uzadıldı

Hadisə
09 oktyabr 2026, 16:33

Şəkidə avtomobil yandı

Cəmiyyət
09 oktyabr 2026, 16:25

Məktəblərdə geyim formalarına dair MONİTORİNQLƏR KEÇİRİLƏCƏK

Hadisə
09 oktyabr 2026, 15:30

İsmayıllılı qazi vəfat edib

Cəmiyyət
09 oktyabr 2026, 14:46

Bu yolda sürətin azaldılması üçün tədbirlər görüb

Cəmiyyət
09 oktyabr 2026, 13:59

Şabran RİH-də 5 kadr təyinatı olub

İdman
09 oktyabr 2026, 13:22

"Şahdağ Qusar"ın azarkeşləri üçün Bakıya avtobus ayrılıb

Hadisə
09 oktyabr 2026, 12:21

Ağsuda 4 hektara yaxın meşəlik ərazi yanıb

Oxşar xəbərlər