Şahdağın yüksək ərazilərinə qar düşüb, şimal bölgəsinin bir sıra rayonlarında isə yağış qeydə alınıb.
Shimal.News xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 10-u saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb. Ayrı-ayrı ərazilərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub, şimşək çaxıb.
Şimal bölgəsində qeydə alınan yağıntının miqdarı belədir:
Şəki (Kişçay) – 10 mm
Balakən və Qaxın Sarıbaş kəndi – 6 mm
Zaqatala, Quba, Qusar, Şabran, Xızı və Şamaxı – 1–4 mm.