top
Şimallı Vətən müharibəsi şəhidlərimizin doğum günüdür
Bu gün, 14:10
- ↺ +

Şimallı Vətən müharibəsi şəhidlərimizin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün şimal bölgəsindən olan şəhidlərimiz - Amrid Yunusov və Nurlan Əhmədlinin doğum günüdür.

Amrid Zaur oğlu Yunusov 1995-ci il oktyabrın 12-də Qusar rayonunun Əniq kəndində anadan olub.

Azərbaycan Ordusunun çavuşu olan Amrid Yunusov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 28-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Qusar rayonunun Əniq kəndində dəfn edilib.

Amrid Yunusov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları, həmçinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Nurlan Rəhim oğlu Əhmədli 1996-cı il oktyabrın 12-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.

O, 2003-cü ildə M. F. Axundov adına 1 nömrəli tam orta məktəbə daxil olub, 2014-cü ildə həmin məktəbi bitirib. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində informasiya və telekommunikasiya texnologiyaları fakültəsinin elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb.

Nurlan Əhmədli 2019-cu ilin yanvarında müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2020-ci ilin iyulunda xidmətini başa vurub.

O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Nurlan Əhmədli oktyabrın 27-də şəhid olub. Oğuz rayonunun Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn edilib.

Nurlan Əhmədli ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları, "Döyüşdə fərqlənməyə görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:50

Qubada II Kitab Sərgisi keçirilib

Cəmiyyət
Bu gün, 13:30

Xınalıqda tarixi evlərin bərpasına 628 min manat xərclənəcək

İdman
Bu gün, 12:55

Sərbəst güləş üzrə millimiz dünya çempionatına Qubada hazırlaşır

Cəmiyyət
Bu gün, 12:10

Xaçmazda itin dişlədiyi gənc quduzluqdan ölüb

Cəmiyyət
Bu gün, 11:40

Ağsulu karikaturaçı bu əsərlə Serbiyada 3-cü oldu

İqtisadiyyat
Bu gün, 10:43

Azərbaycanda orta aylıq əməkhaqqı 1173 manata çatıb

Cəmiyyət
Bu gün, 09:59

Xaçmazda mərmər bağacığı məktəbləri də basıb – AQTA-dan AÇIQLAMA

Hadisə
Bu gün, 09:05

Zaqatalada dəm qazı can aldı: 14 yaşlı qız öldü

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 16-cı günü – XRONİKA

Cəmiyyət
Dünən, 00:20

Altı il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Cəmiyyət
10 oktyabr 2026, 17:29

Qusarlı 637 bal toplayan Lera Safiyevanın seçimi – MÜSAHİBƏ

İdman
10 oktyabr 2026, 16:33

Qəbələdən start götürən III Beynəlxalq Xankəndi Ultramarafonu yekunlaşdı

Cəmiyyət
10 oktyabr 2026, 15:49

Xudatın su təminatı narazılıq yaradır

Cəmiyyət
10 oktyabr 2026, 14:56

Şimalda qar yağıb

Cəmiyyət
10 oktyabr 2026, 13:31

Qubada şəhidlərin xatirəsinə bulaq inşa edilib

Faydalı
10 oktyabr 2026, 11:19

Quba, Şəki, Zaqatala və Balakən məhkəmələrinə yeni hakimlər təyin edilib

İdman
10 oktyabr 2026, 10:40

Film kimi: Qusarlı cüdoçu atanın rəqibi oğlunun müəllimi oldu

Hadisə
10 oktyabr 2026, 10:30

Zaqatalada "VAZ 2106" elektrik dirəyinə çırpılıb

Cəmiyyət
10 oktyabr 2026, 09:37

Qəbələnin girişində zibillər yenə qalaqlandı: Eyni problem, eyni mənzərə

Cəmiyyət
10 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 14-cü günü – XRONİKA

Cəmiyyət
09 oktyabr 2026, 18:10

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Hadisə
09 oktyabr 2026, 17:43

Qubada kişi geyiminə görə arvadını BOĞDU

Oxşar xəbərlər