II Quba Kitab Sərgisində uşaqlar üçün də intellektual ustad dərsləri, mütaliə saatları və əyləncəli tədbirlər təşkil olunub.
Shimal.News xəbər verir ki, tədbir oktyabrın 10-11-də Quba rayon Heydər Əliyev Mərkəzində keçirilib.
İki gün davam edən sərgi çərçivəsində tanınmış yazıçı və şairlərlə görüşlər, imza saatları, konsert proqramı, uşaqlar üçün intellektual ustad dərsləri, mütaliə saatları, əyləncəli tədbirlər və səhnəciklər təşkil olunub.