top
Qusarlı 637 bal toplayan Lera Safiyevanın seçimi – MÜSAHİBƏ
Foto
Bu gün, 17:29
- ↺ +

Qusarlı 637 bal toplayan Lera Safiyevanın seçimi – MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusar rayonunun Piral kənd tam orta məktəbinin məzunu Lera Safiyeva qəbul imtahanında 637,1 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat və fizika müəllimliyi ixtisasına qəbul olub.

Yüksək nəticə göstərərək müəllimlik ixtisasına üstünlük verən gənc gələcəkdə magistratura təhsili almağı və xaricdə oxumağı planlaşdırır.

Lera uşaqlıq arzusundan və gələcək planlarından danışıb. O, müəllimliyə böyük maraq göstərdiyini və bu peşəni şüurlu şəkildə seçdiyini bildirib:

"Uşaqlıqdan müəllimlik peşəsinə böyük həvəsim olub. Düşünürəm ki, müəllim olmaq həm çox məsuliyyətli, həm də son dərəcədə gözəl bir peşədir. Ailəmdə bu peşəni seçən tək şəxs mənəm.

Qəbul imtahanında 637 bal topladığımı biləndə müəllimlik ixtisasını seçməyimə təəccüblənənlər çox oldu. Bəziləri elə düşünür ki, yüksək bal toplayan tələbə mütləq başqa ixtisasları seçməlidir. Lakin zənimcə, hər kəsin öz seçimi və öz səbəbləri var. Əsas məsələ insanın gələcəkdə öz işini sevərək görməsidir".

Uğurun sirri

Lera Safiyeva imtahana hazırlıq dövründə vaxtın düzgün bölüşdürülməsinin və davamlı çalışmağın əhəmiyyətini vurğulayıb. O, dərs oxuyarkən diqqətini yayındıran amilləri minimuma endirməyə çalışdığını söyləyib:

"Təbii ki, hazırlıq dövründə bəzən yorulduğum anlar da oldu. Rejimim belə idi: səhər saat 6-7 radələrində durur, gecə saat 11-də yatırdım. Gün ərzində müəyyən fasilələr verməklə ancaq dərs oxuyurdum. Bu müddətdə telefondan və sosial şəbəkələrdən də istifadə edirdim. Çünki əsas məsələ vaxtı düzgün bölməkdir. Telefon diqqəti yayındıra bildiyi üçün dərs oxuyan zaman onu başqa otağa qoyurdum.

Məncə, uğurun sirri davamlı çalışmaq, səbirli olmaq və özünə inanmaqdır. Əlbəttə, bu yolda ailəmin dəstəyi də mənim üçün çox önəmli oldu. Xüsusilə atamın dəstəyi və mənə olan inamı bu nəticəni əldə etməyimdə böyük rol oynadı".

Gələcək planlar

Hazırda ali təhsil alan gənc bakalavr pilləsini başa vurduqdan sonra magistraturada oxumaq niyyətindədir. Bununla yanaşı, ingilis dilini təkmilləşdirmək və data analitikasını öyrənmək də planlarına daxildir.

"Bakalavr təhsilimi bitirdikdən sonra magistratura oxumaq istəyirəm. Hətta gələcəkdə xaricdə təhsil almaq da planlarım arasındadır. Bunun üçün indidən özümü inkişaf etdirmək, ingilis dilimi yaxşılaşdırmaq və paralel olaraq data analitikasını öyrənmək istəyirəm. Gələcəkdə tam olaraq hansı istiqamətdə davam edəcəyimə isə zamanla dəqiq qərar verəcəyəm".

Lera gələcəkdə müəllim kimi çalışacağı təqdirdə şagirdləri ilə düzgün ünsiyyət qurmağa, onların suallarını rahatlıqla ifadə edə bilmələri üçün şərait yaratmağa önəm verəcəyini deyib:

"Mənim üçün ən yaxşı müəllim dərsini yaxşı izah edən, səbirli olan və şagirdlərini başa düşən müəllimdir. Şagirdlər müəllimdən çəkinmədən sual verə bilməlidirlər. Mən də müəllim olsam, istəyərəm ki, şagirdlərim məni onları başa düşən və kömək edən biri kimi tanısınlar".

Abituriyentlərə tövsiyə

Sonda Lera Safiyeva imtahana hazırlaşan abituriyentlərə özlərinə inanmağı, çətinliklər qarşısında ruhdan düşməməyi və ixtisas seçiminə məsuliyyətlə yanaşmağı tövsiyə edib:

"Abituriyentlərə ilk növbədə özlərinə inanmağı və ruhdan düşməməyi tövsiyə edirəm. Başa düşmədikləri mövzuları sonraya saxlamasınlar, səhvlərini araşdırsınlar və mütəmadi təkrar etsinlər. Yalnız çox test işləmək yox, səhvlərin səbəbini anlamaq vacibdir. Ən əsası isə ixtisas seçiminə ciddi yanaşsınlar. Təkcə yüksək bal toplamağı düşünməsinlər, gələcəkdə hansı sahədə işləmək istədiklərini nəzərə alsınlar. İnsan başqalarının fikrinə görə deyil, öz istəyini və gələcəyini düşünərək seçim etməlidir". Mənbə: Azedu.аz

Son xəbərlər

İdman
Bu gün, 16:33

Qəbələdən start götürən III Beynəlxalq Xankəndi Ultramarafonu yekunlaşdı

Cəmiyyət
Bu gün, 15:49

Xudatın su təminatı narazılıq yaradır

Cəmiyyət
Bu gün, 14:56

Şimalda qar yağıb

Cəmiyyət
Bu gün, 13:31

Qubada şəhidlərin xatirəsinə bulaq inşa edilib

Faydalı
Bu gün, 11:19

Quba, Şəki, Zaqatala və Balakən məhkəmələrinə yeni hakimlər təyin edilib

İdman
Bu gün, 10:40

Film kimi: Qusarlı cüdoçu atanın rəqibi oğlunun müəllimi oldu

Hadisə
Bu gün, 10:30

Zaqatalada "VAZ 2106" elektrik dirəyinə çırpılıb

Cəmiyyət
Bu gün, 09:37

Qəbələnin girişində zibillər yenə qalaqlandı: Eyni problem, eyni mənzərə

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 14-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 18:10

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Hadisə
Dünən, 17:43

Qubada kişi geyiminə görə arvadını BOĞDU

Hadisə
Dünən, 17:30

Xaçmazda yağış əvəzinə mərmər bağacığı "yağır"

Hadisə
Dünən, 16:51

Şimali Kiprdə saxlanılan şimallıların həbs müddəti uzadıldı

Hadisə
Dünən, 16:33

Şəkidə avtomobil yandı

Cəmiyyət
Dünən, 16:25

Məktəblərdə geyim formalarına dair MONİTORİNQLƏR KEÇİRİLƏCƏK

Hadisə
Dünən, 15:30

İsmayıllılı qazi vəfat edib

Cəmiyyət
Dünən, 14:46

Bu yolda sürətin azaldılması üçün tədbirlər görüb

Cəmiyyət
Dünən, 13:59

Şabran RİH-də 5 kadr təyinatı olub

İdman
Dünən, 13:22

"Şahdağ Qusar"ın azarkeşləri üçün Bakıya avtobus ayrılıb

Hadisə
Dünən, 12:21

Ağsuda 4 hektara yaxın meşəlik ərazi yanıb

Cəmiyyət
Dünən, 11:34

Şabrandakı Pirəbədi muzeyi baxımsız vəziyyətdədir

Hadisə
Dünən, 11:05

Xaçmazda "Qayalı" market YANDI - YENİLƏNİB

Cəmiyyət
Dünən, 10:35

Şimallı Vətən müharibəsi şəhidlərimizin doğum günüdür

Oxşar xəbərlər