top
Xaçmazda mərmər bağacığı məktəbləri də basıb – AQTA-dan AÇIQLAMA
Bu gün, 09:59
- ↺ +

Xaçmazda mərmər bağacığı məktəbləri də basıb – AQTA-dan AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz rayonunda qəhvəyi mərmər bağacığının sayı son günlər yenidən artıb. Zərərvericilər Nabran və Yalama zonalarındakı yaşayış məntəqələrində, o cümlədən İstisu qəsəbəsi, Köhnə Xudat və Palıdlı kəndlərindəki məktəblərdə müşahidə olunur.

Kütləvi yayılan zərərvericilər evlərə, məktəblərə və meyvə bağlarına ziyan vurur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qışlama dövründə həşəratlarla mübarizənin daha effektiv olduğunu bildirir. 

Mövzu ilə bağlı AQTA-nın Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət fitosanitar müfəttişi Elmar Allahverdiyev açıqlamasında bildirib ki, qəhvəyi mərmər bağacığı ölkədə karantin tətbiq edilən zərərli orqanizmlər sırasındadır.

Onun sözlərinə görə, zərərverici 300-dən çox bitki növü ilə qidalanır və məhsuldarlığın əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Agentlik rəsmisi qeyd edib ki, ölkənin şimal-qərb rayonlarında zərərvericinin yayılması ilə bağlı gündəlik monitorinqlər aparılır, onun toplana biləcəyi ərazilərdə feromon tələlər quraşdırılır və qeydiyyat işləri görülür.

Elmar Allahverdiyev bildirib ki, Zaqatala-Balakən bölgəsində azalma müşahidə olunsa da, mövsümlə əlaqədar Quba-Xaçmaz bölgəsində mərmər bağacığının sayında artım qeydə alınır.

"Bağacıqlar qışlama dövrünə qədəm qoyur. Bu dövrdə onunla mübarizə aparmaq daha effektiv və asandır. Belə ki, evlərin damlarında, xüsusilə köhnə təsərrüfat tikililərində, çardaqlarda, qapı-pəncərə boşluqlarında zərərvericilər toplanır. Onların toplanaraq mexaniki üsulla məhv edilməsi daha effektiv və sürətli həyata keçirilə bilər".

AQTA rəsmisi əlavə edib ki, Agentliyin koordinasiyası ilə müxtəlif dövlət qurumlarının iştirakı ilə mübarizə tədbirləri həyata keçirilir. O, əhalini də prosesdə fəal iştirak etməyə çağırıb.

"Bu prosesdə əhali də yaxından iştirak etməlidir. Xüsusilə qışlama dövründə zərərvericinin toplanaraq mexaniki üsulla məhv edilməsində əhali də kifayət qədər dəstək göstərməlidir".
Mənbə: Bizim.Media 

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 10:43

Azərbaycanda orta aylıq əməkhaqqı 1173 manata çatıb

Hadisə
Bu gün, 09:05

Zaqatalada dəm qazı can aldı: 14 yaşlı qız öldü

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 16-cı günü – XRONİKA

Cəmiyyət
Dünən, 00:20

Altı il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Cəmiyyət
10 oktyabr 2026, 17:29

Qusarlı 637 bal toplayan Lera Safiyevanın seçimi – MÜSAHİBƏ

İdman
10 oktyabr 2026, 16:33

Qəbələdən start götürən III Beynəlxalq Xankəndi Ultramarafonu yekunlaşdı

Cəmiyyət
10 oktyabr 2026, 15:49

Xudatın su təminatı narazılıq yaradır

Cəmiyyət
10 oktyabr 2026, 14:56

Şimalda qar yağıb

Cəmiyyət
10 oktyabr 2026, 13:31

Qubada şəhidlərin xatirəsinə bulaq inşa edilib

Faydalı
10 oktyabr 2026, 11:19

Quba, Şəki, Zaqatala və Balakən məhkəmələrinə yeni hakimlər təyin edilib

İdman
10 oktyabr 2026, 10:40

Film kimi: Qusarlı cüdoçu atanın rəqibi oğlunun müəllimi oldu

Hadisə
10 oktyabr 2026, 10:30

Zaqatalada "VAZ 2106" elektrik dirəyinə çırpılıb

Cəmiyyət
10 oktyabr 2026, 09:37

Qəbələnin girişində zibillər yenə qalaqlandı: Eyni problem, eyni mənzərə

Cəmiyyət
10 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 14-cü günü – XRONİKA

Cəmiyyət
09 oktyabr 2026, 18:10

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Hadisə
09 oktyabr 2026, 17:43

Qubada kişi geyiminə görə arvadını BOĞDU

Hadisə
09 oktyabr 2026, 17:30

Xaçmazda yağış əvəzinə mərmər bağacığı "yağır"

Hadisə
09 oktyabr 2026, 16:51

Şimali Kiprdə saxlanılan şimallıların həbs müddəti uzadıldı

Hadisə
09 oktyabr 2026, 16:33

Şəkidə avtomobil yandı

Cəmiyyət
09 oktyabr 2026, 16:25

Məktəblərdə geyim formalarına dair MONİTORİNQLƏR KEÇİRİLƏCƏK

Hadisə
09 oktyabr 2026, 15:30

İsmayıllılı qazi vəfat edib

Cəmiyyət
09 oktyabr 2026, 14:46

Bu yolda sürətin azaldılması üçün tədbirlər görüb

Oxşar xəbərlər