Xaçmaz rayonunun Xudat şəhərində əhalinin istifadə etdiyi suyun bulanıq olması narazılığa səbəb olub.
Shimal.News xəbər verir ki, sakinlər suyun qablarda saxlanıldıqda çöküntü verdiyini bildirirlər.
Onların sözlərinə görə, krandan gələn su qablara doldurulduqda çirk qabın yalnız dibində deyil, divarlarında da qalır. Bu suyun arxlarda axan suya bənzədiyi qeyd olunur.
Üstəlik yay aylarında su təminatının dayandırıldığı bildirilir. Bu səbəbdən əhali məcbur qalaraq quyu suyundan istifadə edir.
Sakinlər suyun keyfiyyətinin yaxşılaşdırılmasını və su təminatındakı problemlərin aradan qaldırılmasını istəyirlər.