Qubanın Qalaxudat kəndində 2022-ci ildə antiterror əməliyyatı zamanı şəhid olan İxtiyar Bayramovun və Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilib.
Shimal.News xəbər verir ki, şəhidlərin xatirəsinə inşa edilən bulaq Quba–Xınalıq avtomobil yolunun Qalaxudat kənd ərazisindən keçən hissəsində yerləşir.
Bulağın açılış mərasimində məktəblilər və şəhid ailələrinin üzvləri iştirak ediblər. Tədbirdə şəhidlərin xatirəsi yad olunub.
Şəhidlərin xatirəsinə yaradılan belə məkanlar onların göstərdikləri qəhrəmanlığın və Vətən uğrunda fədakarlıqlarının gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyət daşıyır. Qalaxudat kəndinin girişində inşa edilən bulaq da kəndə gələn sakinlərin və qonaqların şəhidlərin xatirəsini yad edə biləcəyi məkanlardan biri olacaq.