Qusar rayonunda avtoxuliqanlıq edən İbrahim Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.
Shimal.News xəbər verir ki, həmin şəxs "BMW" markalı 10-ZR-886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Onun barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. İ.Əzizovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.