Daha bir Azərbaycan vətəndaşı Rusiya-Ukrayna müharibəsində həlak olub.
Shimal.News-un əldə etdiyi məlumata görə, əslən Quba rayonundan olan Vüsal Fuad oğlu Əsgərov Rusiya ordusu sıralarında Ukraynaya qarşı aparılan döyüş əməliyyatlarında həyatını itirib.
Mərhumun nəşi Rusiyadan Bakıya gətiriləcək, daha sonra isə Quba rayonuna, ata-baba yurduna aparılacaq.