top
Boşansalar da eyni evdə qalan cütlüyün işi yenə məhkəməyə getdi
18 iyun 2026, 17:09
- ↺ +

Boşansalar da eyni evdə qalan cütlüyün işi yenə məhkəməyə getdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtın Sabunçu rayonunda 46 yaşlı kişi keçmiş həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, Ağsu rayon sakini, 1980-ci il təvəllüdlü Tağı birgə yaşadıqları evdə keçmiş həyat yoldaşı Əsmərlə (adlar şərtidir - red.) mübahisə edib. Mübahisə zamanı o, qadının sifət nahiyəsinə zərbə vuraraq xəsarət yetirib.

Tağının sözlərinə görə, onlar 2005-ci ildə ailə qurublar və üç övladları var. Tərəflər 2021-ci ildə məhkəmə qərarı ilə boşansalar da, eyni evdə yaşamağa davam ediblər.

Təqsirləndirilən şəxs bildirib ki, hadisə günü qardaşının evinə elektrik xətti çəkməsinə icazə verib. Buna etiraz edən Əsmərlə aralarında mübahisə yaranıb və əsəbiləşərək ona əl qaldırıb.

Zərərçəkmiş Əsmər isə bildirib ki, əlavə çəkilən elektrik xəttinin evdəki ötürücünü yandırdığını və bunun yanğın təhlükəsi yaratdığını düşündüyü üçün etiraz edib. Onun sözlərinə görə, bu zaman Tağı ona hücum edərək sifət və baş nahiyəsinə zərbələr endirib.

Qadın əvvəlcə polisə müraciət etməsə də, sonradan ağrılar səbəbindən xəstəxanaya gedib və daha sonra şikayət ərizəsi yazıb.

Lakin məhkəmə zamanı tərəflərin barışdığı məlum olub. Əsmər keçmiş həyat yoldaşına qarşı şikayətinin olmadığını və onun cəzalandırılmasını istəmədiyini bildirib.

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Tağı cinayət məsuliyyətindən azad edilib, cinayət işi üzrə icraata isə xitam verilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 25-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:57

Şimalda fermerlər üçün maarifləndirici tədbirlər keçirilib

İdman
Dünən, 17:46

AFFA İntizam Komitəsindən "Şahdağ Qusar" və "Şimal"la bağlı qərar

Hadisə
Dünən, 17:38

Qubada kişi qonşu qadını wi-fi parola görə döydü

Kriminal
Dünən, 17:28

Azərbaycanda kütləvi kiberdələduzluq cəhdləri: Süni intellektlə insanların səsini təqlid edirlər

Cəmiyyət
Dünən, 17:00

Zərdabidə bu yol asfaltlandı

Cəmiyyət
Dünən, 16:19

Generalın şabalıd alveri ilə bağlı işdə kapitana 10 il 6 ay həbs verildi

Hadisə
Dünən, 15:46

Qaxda məktəbdə bədbəxt hadisə: 9-cu sinif şagirdi yaralandı

Kriminal
Dünən, 15:13

Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs cəzası alıb

Bütün xəbərlər
Dünən, 14:30

Şəki Dövlət Dram Teatrı tamaşa hazırlayır

İdman
Dünən, 14:00

Quba karateçiləri turnirdə 23 medal qazanıblar

Cəmiyyət
Dünən, 13:38

Şəki Xan sarayını 9 ayda 178 minə yaxın şəxs ziyarət edib

Hadisə
Dünən, 13:21

Xudatda sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı

Cəmiyyət
Dünən, 12:36

Şabranda sel nəticəsində sıradan çıxmış yol və körpülər bərpa olunub

Cəmiyyət
Dünən, 12:15

Qəbələdə bir neçə küçə qazsız qalıb

Hadisə
Dünən, 11:53

Şamaxıda mədəniyyət idarəsinin rəisi vəfat edib

Cəmiyyət
Dünən, 11:30

İş axtaranların diqqətinə: Qusarda 40-dan çox vakansiya

Cəmiyyət
Dünən, 10:42

Şimal rayonlarında məktəblər qışa hazırdırmı?

Cəmiyyət
Dünən, 10:16

"Shimal.News" yazdı, ərazi təmizləndi

Faydalı
Dünən, 09:22

Şimalın 11 rayonunda könüllülər axtarılır – Müraciət üçün son gün

Cəmiyyət
Dünən, 09:07

Qubada liseyin qarşısından keçən elektrik xətti təhlükə yaradır

Cəmiyyət
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
19 oktyabr 2026, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Oxşar xəbərlər