Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Shimal.News-a verilən məlumata görə, "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində oktyabr ayının 6-da keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 (bir) nəfər Mərakeş Krallığı vətəndaşı, oktyabrın 7-də isə "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində 2 (iki) nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.