2020-ci il oktyabrın 8-də Gəncəyə endirilən raket zərbəsi şəhərin yaşayış ərazilərində dağıntılara səbəb olub.
Shimal.News xatırladır ki, gecə saat 03:00 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni üçüncü dəfə raket atəşinə tutub.
Vurulan zərbə Həsən Əliyev və Pərviz Səmədov küçələrində yerləşən qeyri-yaşayış sahəsində dağıntılar törədib, bir avtomobil yararsız vəziyyətə düşüb. Hücum zamanı XIX əsrə aid Aleksandr Nevski Rus Pravoslav Kilsəsinə də ziyan dəyib.
Müharibə dövründə Gəncə oktyabrın 4, 5, 8, 11 və 17-də müxtəlif raket sistemləri ilə atəşə tutulub. Ümumilikdə zərbələr nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla 26 nəfər həlak olub, 29-u uşaq olmaqla 130-a yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisələr zamanı üç ailənin üzvü olan dörd uşaq hər iki valideynini itirib.