Oğuz rayonunda magistral yolun kənarında antisanitar vəziyyət yaranıb.
Shimal.News-un məlumatına görə, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonunun Sincan kəndi ərazisindən keçən hissəsində, yoldan təxminən 30-40 metr aralıda müxtəlif məişət tullantıları qalaqlanıb.
Əraziyə bir müddətdir sellofan paketlər, plastik qablar və digər məişət tullantıları atılır.
Bildirilir ki, ərazidəki tullantıların təmizlənməsi və problemin qarşısının alınması istiqamətində hələlik bir tədbir görülməyib.