top
Avropalıları geyindirən rayonumuz
Bu gün, 14:27
- ↺ +

Avropalıları geyindirən rayonumuz

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hər şəhərin bir adı, hər adın isə öz tarixçəsi var. Bəzən bir adın arxasında əsrlərin yaddaşı, unudulmuş sivilizasiyalar, böyük ticarət yolları və maraqlı hadisələr gizlənir.

Azərbaycanın qədim yurd yerlərindən olan Ağdaş da belə diyarlar sırasındadır.

Ağdaş Azərbaycanın qədim tarixə və zəngin ənənələrə malik rayonlarından biridir. Ağdaşın yaşayış məntəqəsi kimi tarixi XVI əsrə gedib çıxır. 1900-cü ildə şəhər statusu alsa da, 1930-cu ildə yenidən rayon edilib. Lakin orta əsrlərin son dövrlərində Ərəş adlanan bu ərazi dövrünün tanınmış sultanlıqlarından olub. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrildi. 1795-ci ildə Sultanlıq ləğv edilərək Şəki xanlığına qatıldı.

Çarizmin 1873-cü ildə Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası yaradıldı. 1926-cı ildə qəza tamamilə ləğv edilərək bir hissəsi Şəki, bir hissəsi də Göyçay qəzasına verildi.

XIX əsrin sonlarında Ağdaşda pambıq emalının şöhrəti elə yayılmışdı ki Polşanın o zamanlar məşhur Poznan şirkətinin Lodz kontorunun müdiri Ramendik 1887-ci ildə Ağdaşa gələrək burada pambıq alıcı məntəqələri açıb, pambığın ilkin emalı və qablaşdırılması üçün 4 ədəd kotton-çin dəzgahı və bir press qurmuşdu. Artıq 1897-ci ildə Ağdaşda kotton-çin maşınlarından ibarət 7 zavod fəaliyyət göstərirdi.

1888-ci ildə Ağdaş bazarında 3100 pud pambıq satılmışdırsa, 1892-ci ildə bu rəqəm 28000 puda çatmışdı. Beləliklə, XIX əsrin ikinci yarısından başlayaraq Avropanın qabaqcıl toxuculuq mərkəzləri ilə əlaqə saxlayan Ağdaş XIX əsrin sonunda bütün Qafqazda pambıq istehsalı, emalı və satışının mərkəzinə çevrilmişdi.

Qafqaz pambıqçılarının I Qurultayının 1904-cü ildə Ağdaşda çağırılması da bunu sübut edir. Təəssüf ki, Ağdaşda fəaliyyət göstərən həmin 7 pambıqtəmizləmə zavodunun ilkin binaları və ya tarixi qalıqları günümüzə gəlib çatmayıb. Sovet hakimiyyəti qurulduqdan sonra fərdi sahibkarlara və xarici şirkətlərə məxsus emal müəssisələri ya sökülmüş, ya da tamamilə yenidən qurularaq Sovet dövrünün pambıqtəmizləmə zavodlarının və tədarük məntəqələrinin anbarına çevrilmişdi.

XIX əsrin 70-ci illərində fəaliyyət göstərən Ağdaş bazarında pambıqdan başqa digər ənənəvi məhsullar da satılırdı. XX əsrin əvvəllərində "Qafqaz" qəzeti yazırdı ki, "Ağdaş Marsel və İtaliyanın şəhərlərinə göndərilən həm bütün xam ipəyi, həm də baramanı özündə cəmləşdirən mərkəzdir". 1886-cı ildə Ləkidə tikilmiş biyan kökü emalı zavodunda istehsal olunan lakritsa boyası Amerika və Fransaya ixrac edilirdi. Ağdaşda meyvəçilik də yüksək inkişaf etmişdi. 1900-cü ildə Ləki dəmiryol stansiyası vasitəsi ilə 69745 pud qoz-fındıq, 71017 pud digər müxtəlif meyvələr tədarük edilərək xarici bazarlara daşınmışdı. Xüsusən də yüksək dairələrdə xüsusi hazırlanmış ipəklər və çərəzlər böyük tələbatla qarşılanırdı.

Ağdaş toponiminə gəlincə isə rayonun adı ilk oxunuşundan özünü bəlli edir. Amma burada diqqəti "ağdaş" sözünün bütün türk ərazilərində yayılmasına çəkmək lazımdır. Türk xalqlarının coğrafi adlarında Ağdaş / Akdaş / Aktaş / Aqtaş formalarına müxtəlif ölkələrdə rast gəlinir. 

Ümumiyyətlə türkdilli bölgələrdə "ağ" sözü ilə başlayan adlar çoxdur. Bu, yerin bərəkətinin, firavanlığının artırılması üçün düşünülmüş türk təfəkkürüdür. Bəzi mənbələr isə Ağdaş sözünü "adaş" sözündən irəli gəldiyini deyirlər. Başqa izahlarda isə rayonun əvvəlki adı – Ərəşin Araş formasının təhrif olunmuş variantı kimi qəbul edirlər.

Digər yozuma əsasən, "daş" komponenti qədim türk dillərində "çöl, bayır" mənasında işlənib və toponim "ağımtıl çöl/bayır" mənasını verir. Ağdaş ərazisində həqiqətən də torpaq qatının, daşlarının rənginin açıq olması müşahidə olunur. Bu da onu göstərir ki, insanlar, uzun illər bələd olduğu əraziləri elə öz coğrafi xüsusiyyətlərinə görə də adlandırıblar.

Mənbə: Bizim.Media

Son xəbərlər

Hadisə
Bu gün, 13:35

Oğuzda qəribə hadisə: elçilikdə "yox" dedilər, qızın videosunu atasına göndərdi

Cəmiyyət
Bu gün, 12:40

Qudyalçayın yatağı zibilliyə çevrilib

Cəmiyyət
Bu gün, 11:40

Qəhrəman şəhidlərimizin doğum günüdür

Hadisə
Bu gün, 10:49

Xaçmazda maşın ağaca çırpıldı, sürücü avtomobildə sıxılı qaldı

Hadisə
Bu gün, 09:53

Ağsuda qəza: ər yaralandı, arvadı öldü

Faydalı
Bu gün, 09:31

4 manata 3 kiloqramlıq çörək: Zaqatalada nəsildən-nəslə ötürülən ənənə

Hadisə
Dünən, 18:00

Qubada qonşuluğun gözəl nümunəsi: evi yanan ailəyə dəstək

Kriminal
Dünən, 17:20

Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başladı

Cəmiyyət
Dünən, 16:20

Energetika naziri Oğuzda vətəndaşları qəbul edəcək

Hadisə
Dünən, 15:20

Qubada itkin düşən iki uşaq atasının axtarışları davam edir

İdman
Dünən, 14:59

"Səbail" rəsmisi: "Qubada təbii ot örtüyü istəyirik, amma…"

Cəmiyyət
Dünən, 14:20

1904-cü ildə tikilən ev, 10 min voltluq təhlükə: Qusarda sakin çıxış yolu axtarır

Hadisə
Dünən, 13:47

Qubada 63 yaşlı kişi marşrut avtobusunda vəfat edib

Hadisə
Dünən, 13:15

Qəbələ dəmir yolu stansiyasının rəisi qəfil vəfat edib

Cəmiyyət
Dünən, 12:30

İsmayıllılı şəhidimizin doğum günüdür

Faydalı
Dünən, 11:30

Göbələyin yeməli, yoxsa zəhərli olduğunu necə ayırd edək?

Cəmiyyət
Dünən, 10:30

Oğuzda partlayan su borusu təmirsiz qalıb: Qurumlar məsuliyyəti bir-birinin üstünə atır - VİDEO

Hadisə
Dünən, 09:54

Ağsuda 6 yaşlı uşaq ağacın altında qalaraq ölüb

Cəmiyyət
Dünən, 09:48

Qusarda donorlar qan verdi

Hadisə
Dünən, 09:26

Xaçmazda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Cəmiyyət
Dünən, 09:00

Bu yoldan nə maşın rahat keçir, nə də təcili yardım gələ bilir

Hadisə
26 noyabr 2026, 18:20

Xaçmazda babasının pulunu oğurlayan nəvə TUTULDU

Cəmiyyət
26 noyabr 2026, 17:39

Şəki-Zaqatala bölgəsində 336 nöqtədə mərmər bağacığı aşkarlandı

Oxşar xəbərlər