Ağsu rayonunda bədbəxt hadisə nəticəsində azyaşlı vəfat edib.
Belə ki, 2020-ci il təvəllüdlü Ramal Ehtiram oğlu Abdullayev atasına məxsus torpaq sahəsində xırdabuynuzlu heyvanları otararkən güclü külək nəticəsində çinar ağacı qırılaraq onun üzərinə düşüb. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Mənbə: Report.аz