Oğuz rayonunun Qarabaldır kəndində yolların bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.
Shimal.News-a müraciət edən kənd sakinlərinin sözlərinə görə, yollarda yaranan çalalar və palçıq xüsusilə yağışlı havalarda hərəkəti çətinləşdirir. Mövcud vəziyyət nəqliyyat vasitələrinin kənd ərazisində rahat hərəkətinə mane olur.
Sakinlər bildirirlər ki, yolun vəziyyəti təcili tibbi yardım avtomobillərinin də kəndə gəlməsində çətinlik yaradır.
Onların iddiasına görə, dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, problem indiyədək həllini tapmayıb.
Kənd sakinləri aidiyyəti qurumlardan yolların təmir olunmasını və problemin aradan qaldırılmasını istəyirlər.