Dünən, noyabrın 26-da axşam saatlarında Quba rayonunun Əlibəyqışlaq kəndində yaşayış evində yanğın baş verib.
Shimal.News-un məlumatına görə, kənd sakini Zamik Əhmədova məxsus evə yanğın nəticəsində ciddi ziyan dəyib.
Yanğın zamanı evin damı tamamilə çökərək yararsız hala düşüb, dam örtüyünü saxlayan taxta konstruksiyalar yanıb. Evin daxili divarları, otaqları və pəncərə çərçivələri zədələnib. Ev əşyaları da yanaraq məhv olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Diqqətçəkən məqamlardan biri isə kənd sakinlərinin çətin gündə həmkəndlilərini tək qoymamalarıdır. Onlar bir araya gələrək pul toplamaq təşəbbüsü ilə çıxış edib, digər sakinləri də zərərçəkmiş ailəyə dəstək olmağa çağırıblar.