Qubada ictimai nəqliyyatda faciə baş verib. Sərnişin avtobusda olarkən qəfil dünyasını dəyişib.
Shimal.News-un əldə etdiyi məlumata görə, hadisə noyabrın 26-da saat 17:00 radələrində qeydə alınıb.
63 yaşlı Firuz Əsgər oğlu Axundovun ürək tutmasından vəfat etdiyi bildirilir.
Qeyd edək ki, mərhum Quba Rayon Mərkəzi Xəstəxanasında fəhlə işləyib.