Qubada su kanalına düşərək itkin düşdüyü ehtimal olunan 28 yaşlı kişinin axtarışları davam etdirilir.
Onun axtarışlarının asanlaşdırılması məqsədilə Samur-Abşeron kanalına suyun verilməsi dayandırılıb.
Xatırladaq ki, hadisə noyabrın 22-də Qudyalçayın Quba rayonundan keçən hissəsində baş verib.
İlkin məlumata görə, Quba rayonunun Alpan kənd sakini, 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradov "KamAZ" markalı avtomobili üçün kanaldan su götürmək istəyərkən sürüşərək suya düşüb. Xəyal Muradov iki uşaq atasıdır.
Mənbə: Apa.аz