Bu gün Vətən müharibəsi şəhidi Ülvi Müseyiblinin doğum günüdür.
Ülvi Şakir oğlu Müseyibli 1991-ci il noyabrın 27-də İsmayıllı rayonunun Xəlilli kəndində anadan olub. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Ülvi Müseyibli Vətən müharibəsi zamanı Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, noyabrın 5-də Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. İsmayıllı rayonunda dəfn edilib.
Ülvi Müseyibli ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.