Ağsu şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Noyabrın 27-i axşam saatlarında Ağsu şəhəri ərazisində Ələddin Qədirovun idarə etdiyi "VAZ-2106" və Simran Əhmədlinin idarə etdiyi "Ford Transit" markalı avtomobillər toqquşub.
Nəticədə "VAZ-2106"-nın sürücüsü xəsarət alıb. Sürücünün həyat yoldaşı, 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb.
Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.
Mənbə: Report.аz