Energetika naziri Pərviz Şahbazov dekabrın 4-də Oğuz şəhərində vətəndaşlarla görüşəcək.
Shimal.News xəbər verir ki, qəbul saat 11:00-da Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək.
Qəbulda Oğuz, Qax, Zaqatala, Balakən, Qəbələ, İsmayıllı rayonlarından və Şəki şəhərindən olan vətəndaşlar iştirak edə bilərlər.
Görüşdə iştirak etmək istəyən şəxslər Energetika Nazirliyinin 974 Çağrı Mərkəzi, 598-16-55 qaynar xətti və digər əlaqə vasitələri ilə qeydiyyatdan keçə bilərlər.
Vətəndaşlar, həmçinin [email protected] elektron poçt ünvanı və nazirliyin rəsmi internet səhifəsindəki "Qəbula yazılmaq" bölməsi vasitəsilə müraciət edə bilərlər.