Xaçmaz-Quba yolunda qəza baş verib. Bu barədə ShimalNews 28 iyul tarixində məlumat verir.
Hadisə Armudpadar kəndi ərazisində qeydə alınıb. “KİA” markalı minik avtomobili “İVECO” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb. Minik avtomobilinə ciddi ziyan dəyib.
Şahidlərin sözlərinə görə, yük avtomobilinin sürücüsü qarşısına pişik çıxdığına görə qəfil əyləcə basıb. Bu an minik avtomobili ona arxadan çırpılıb.
[caption id="attachment_21464" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]
[caption id="attachment_21465" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]