Muğanlı-İsmayıllı avtomobil yolunda torpaq sürüşməsinin fəsadları aradan qaldırılıb. Bu barədə ShimalNews 30 iyun tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verir.
Təhlükəsiz hərəkəti təmin etmək məqsədilə yol bir neçə saatlıq avtonəqliyyat vasitələri üçün bağlanmışdır. Sürücülər alternativ olaraq, Bakı-Şamaxı-Yevlax avtomobil yolundan (Ağsu aşırımı) istifadə edirdi.
Gecəboyu aparılan işlər nəticəsində sözügedən ərazidə səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.