Xudatda iki avtomobil toqquşub. Bu haqda ShimalNews 30 noyabr tarixində Report-a istinadən məlumat verir.
Qəza ötən gün “Nabran körpüsü” adlanan ərazidə baş verib. Burada hərəkətdə olan "VAZ-2107" markalı avtomobil "Niva" markalı avtomobilə çarpılıb.
Hadisə nəticəsində 35 yaşlı Pərvin Babayev, 43 yaşlı Natiq Rəşidov və 45 yaşlı Vahid Rəşidov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xaçmaz rayon sakinləri Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Məlumata əsasən, "VAZ"-ın sürücüsü və sərnişinləri spirtli içkinin təsiri altında olublar.
Faktla bağlı araşdırma aparılır.