Xaçmaz rayonunda “BMW” və “Hyundai” markalı avtomobillər toqquşub. Bu barədə ShimalNews 8 dekabr tarixində məlumat verir.
Hadisə dekabrın 7-si, saat 20:45 radələrində Xudat-Nabran yolunda qeydə alınıb. Eyni istiqamətdə hərəkət edən avtomobillər qəzaya düşüb. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Xəsarət alan yoxdur.