top
Xızının bu kəndinin sakinləri köməksiz vəziyyətdə qalıb
Video
10 iyul 2026, 16:18
- ↺ +

Xızının bu kəndinin sakinləri köməksiz vəziyyətdə qalıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xızı rayonunun Qars kəndinin sakinləri illərdir bərbad vəziyyətdə olan yol səbəbindən ciddi çətinliklərlə üzləşdiklərini bildirirlər.

Onların sözlərinə görə, yağışlı havalarda kəndə giriş-çıxış demək olar ki, tamamilə mümkünsüz olur. Xəstə olduqda təcili tibbi yardım kəndə gələ bilmir, bəzən isə vəfat edən şəxslərin cənazəsini belə qəbiristanlığa aparmaq mümkün olmur. Avtomobillər isə tez-tez sıradan çıxırlar.

Kənd sakinlərinin sözlərinə görə, icra nümayəndəliyi bəzən yolu traktorla hamarlasa da, yağan ilk yağışdan sonra vəziyyət yenidən əvvəlki halına qayıdır.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirib ki, Xızı rayonunun Qars kəndinə gedən yol agentliyin balansındadır. Son intensiv yağışlar nəticəsində yolun bəzi hissələri yararsız vəziyyətə düşüb, əraziyə baxış keçirilib və bərpa işləri üçün təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Agentlik hava şəraiti sabitləşdikdən sonra yaxın günlərdə əraziyə xüsusi texnikanın cəlb ediləcəyini və yolun bərpası istiqamətində işlərin aparılacağını açıqlayıb.

Maraqlıdır ki, çəkiliş başa çatdıqdan sonra jurnalistləri rayon mərkəzinə aparmalı olan avtomobil də palçıqda batıb və onun çıxarılması üçün ikinci avtomobilin köməyinə ehtiyac yaranıb. Bu mənzərə sakinlərin illərdir səsləndirdiyi problemlərin real vəziyyətini bir daha ortaya qoyub.

Mənbə: Baku TV

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:57

Şimalda fermerlər üçün maarifləndirici tədbirlər keçirilib

İdman
Bu gün, 17:46

AFFA İntizam Komitəsindən "Şahdağ Qusar" və "Şimal"la bağlı qərar

Hadisə
Bu gün, 17:38

Qubada kişi qonşu qadını wi-fi parola görə döydü

Kriminal
Bu gün, 17:28

Azərbaycanda kütləvi kiberdələduzluq cəhdləri: Süni intellektlə insanların səsini təqlid edirlər

Cəmiyyət
Bu gün, 17:00

Zərdabidə bu yol asfaltlandı

Cəmiyyət
Bu gün, 16:19

Generalın şabalıd alveri ilə bağlı işdə kapitana 10 il 6 ay həbs verildi

Hadisə
Bu gün, 15:46

Qaxda məktəbdə bədbəxt hadisə: 9-cu sinif şagirdi yaralandı

Kriminal
Bu gün, 15:13

Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs cəzası alıb

Bütün xəbərlər
Bu gün, 14:30

Şəki Dövlət Dram Teatrı tamaşa hazırlayır

İdman
Bu gün, 14:00

Quba karateçiləri turnirdə 23 medal qazanıblar

Cəmiyyət
Bu gün, 13:38

Şəki Xan sarayını 9 ayda 178 minə yaxın şəxs ziyarət edib

Hadisə
Bu gün, 13:21

Xudatda sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı

Cəmiyyət
Bu gün, 12:36

Şabranda sel nəticəsində sıradan çıxmış yol və körpülər bərpa olunub

Cəmiyyət
Bu gün, 12:15

Qəbələdə bir neçə küçə qazsız qalıb

Hadisə
Bu gün, 11:53

Şamaxıda mədəniyyət idarəsinin rəisi vəfat edib

Cəmiyyət
Bu gün, 11:30

İş axtaranların diqqətinə: Qusarda 40-dan çox vakansiya

Cəmiyyət
Bu gün, 10:42

Şimal rayonlarında məktəblər qışa hazırdırmı?

Cəmiyyət
Bu gün, 10:16

"Shimal.News" yazdı, ərazi təmizləndi

Faydalı
Bu gün, 09:22

Şimalın 11 rayonunda könüllülər axtarılır – Müraciət üçün son gün

Cəmiyyət
Bu gün, 09:07

Qubada liseyin qarşısından keçən elektrik xətti təhlükə yaradır

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
Dünən, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 17:42

Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir

Oxşar xəbərlər