top
Xaçmazda kloun işləyən aktyor:  10 manat təklif edirlər ki...
19 iyul 2026, 11:04
- ↺ +

Xaçmazda kloun işləyən aktyor: "10 manat təklif edirlər ki..."

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şənliklərdə uşaqları əyləndirmək üçün səhnəyə çıxan klounlar bəzən özləri də hörmətsizlik və xoşagəlməz münasibətlə üzləşirlər.

Son vaxtlar sosial şəbəkələrdə "xacmazli_kloun" adı ilə tanınan Əvəz Qubatovun paylaşdığı videolar da bu peşənin görünməyən tərəflərini gündəmə gətirib. O, peşəsinin çətinliklərindən, qarşılaşdığı xoşagəlməz hallardan və yaddaşında iz buraxan hadisələrdən danışıb.

- Neçə ildir kloun kimi fəaliyyət göstərirsiniz?

- Artıq 16 ildir kloun kimi fəaliyyət göstərirəm. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram Teatrı və Kino Aktyorluğu fakültəsini bitirmişəm. Xalq artisti Firəngiz Mütəllimovanın tələbəsi olmuşam.

- Bu peşəyə gəlməyiniz necə baş verdi? Niyə məhz kloun peşəsini seçdiniz?

- Özüm Siyəzən rayonundanam. Ailəmizin maddi vəziyyəti yaxşı olmadığı üçün tələbəliyimin ikinci kursundan etibarən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi işləməyə başladım. Universitetdə əlaçı idim və 70 manat təqaüd alırdım. Amma bu məbləğ mənə kifayət etmirdi.

Bir gün mənə kloun kimi işləməyi təklif etdilər. Əvvəl tərəddüd edirdim, utanırdım. Dedilər ki, narahat olma, əvvəlcə ikinci kloun kimi gəl. O vaxt məclislərə adətən iki kloun gedirdi, indi isə əsasən tək kloun dəvət olunur. Mən də həmin vaxtdan bu peşəyə başladım. Beləcə, tələbəlik illərində həm təhsil alır, həm də öz qazancımı əldə edirdim.

Universiteti bitirdikdən sonra Siyəzənə qayıtdım və kloun kimi fəaliyyətimi davam etdirdim. Teatrdan da ayrıldım. Çünki təqaüdüm kəsilmişdi, aktyor maaşı isə cəmi 140 manat idi. Bu maaşla Bakıda yaşamaq mümkün deyildi.

Daha sonra Xaçmazda fəaliyyət göstərən ölkənin ilk və yeganə uşaq televiziyası olan "ARB Günəş" televiziyasında işləməyə başladım. Burada uşaqlarla işləyir, eyni zamanda dublyaj aktyoru kimi də fəaliyyət göstərirəm.

İlk vaxtlar Xaçmazda məni tanıyan yox idi. İş yoldaşlarıma, operatorlara deyirdim ki, haradasa klouna ehtiyac olsa, məni tövsiyə etsinlər. Əvvəllər ildə cəmi 3-4 sifariş alırdım. İndi isə, şükürlər olsun ki, ay ərzində 10-15, bəzən isə 20-yə yaxın sifarişim olur.

- Sizcə, bəzi insanlar kloun görəndə niyə sərhədi aşırlar?

- Təəssüf ki, bəzən belə hallar yaşanır. Məclisdə spirtli içki qəbul edənlər yaxınlaşıb müxtəlif sözlər deyirlər. Hətta "Özünə fərli sənət tapa bilmədin?" deyənlər də olur. Halbuki mən ali təhsilli aktyoram. Hər peşənin öz hörməti var. Mən toyda masaları gəzib pul yığmıram. Səhnəyə çıxır, uşaqları əyləndirir və işimi bitirib gedirəm.

Bəzən mənə pul təklif edib kimisə ələ salmağımı istəyirlər. Məsələn, deyirlər ki, "Sənə 10 manat verək, get filankəslə məzələn". Mən isə bunu qəbul etmirəm. Mənə 100 manat da versələr, heç vaxt insanı alçaldacaq hərəkət etmərəm. Çünki məqsədim kimisə incitmək yox, uşaqları sevindirmək və əyləndirməkdir.

- Daha çox böyüklər hörmətsizlik edir, yoxsa uşaqlar? Valideynlərin münasibətini necə qiymətləndirirsiniz?

- Bəzən həm böyüklər, həm də uşaqlar narahatlıq yaradır. Belə hallarda öz səsimlə valideynlərə müraciət edirəm. Deyirəm ki, "Bu kloun geyiminin içindəki də bir insandır. Mən bura sizi, xüsusilə də uşaqları əyləndirməyə gəlmişəm". Adətən bundan sonra vəziyyət sakitləşir. İnanın, mən irad bildirməyənə qədər bir valideyn belə gəlib demir ki, "Ay bala, keç bu tərəfə, klounu vurmaq olmaz".

Mənbə: Yenisabah

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Oxşar xəbərlər