Xaçmaz-Xudat yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 16 oktyabr tarixində məlumat verir.
Qəza saat 14:00 radələrində Palçıqoba kəndi ərazisində olub. “Ford Transit” və “Khaza” markalı avtomobillər toqquşaraq yararsız hala düşüb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər. Xəsarət alan yoxdur.