Xaçmaz rayonunda velosipedçi qəzaya uğrayıb. Bu haqda ShimalNews 17 may tarixində "Report"a istinadən məlumat verir.
13 yaşlı Ramil Feyzullayev idarə etdiyi velosipedlə hərəkətdə olarkən avtomobillə toqquşub.
Yol-nəqliyyat hadisəsi nəticəsində yaralanan şəxs təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.