Xaçmazda yerləşən Çarxı stansiyası yaxınlığında bu gün saat 08:30 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 25 oktyabr tarixində məlumat verir.
Azərbaycan Dəmir Yollarına məxsus elektrovoz hərəkətdə olarkən “Mercedes” markalı avtomobil qatarın gəlmədiyinə əmin olmadan hərəkət edib. Toqquşma nəticəsində xəsarət alan olmayıb, elektrovozun müəyyən hissələri zədələnib, dəmiryol infrastrukturuna ziyan dəyib.