Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 21 may tarixində “Bizim.Media”ya istinadən məlumat verir.
Qəza Qusarçay-Pirquluoba-Yeni Həyat avtomobil yolunda qeydə alınıb. Yeni Həyat qəsəbə sakini avtomobilin idarəetməsini itirib və ağaca çarpılıb.
Sürücü Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Araşdırma aparılır.