Xaçmaz rayonunda yollar təmir edilir. Bu barədə ShimalNews 2 avqust tarixində məlumat verir.
Çuxuroba, Mollabürhan, Qımıl kəndlərində yol örtüyü yararsız vəziyyətdədir. Uzun illərdir yaşanan bu problemi həll etmək məqsədilə Mollaburhan kənd sakinləri vəsait toplayıblar. Yığılan məbləğ yollarda yamaq vurulmasına xərclənib.
Sakinlər əraziyə xüsusi texnika cəlb edib, yolu təmir ediblər.
[caption id="attachment_21780" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]