Qubanın ən böyük qəsəbələrindən biri olan Timiryazevdə asfaltlanma işləri tam aparılmayıb.
Bu barədə Shimal.News-a sakinlər məlumat veriblər. Onların sözlərinə görə, şəhərin üç küçəsi diqqətdən kənar qalıb. Digər küçələr asfaltlansa da, bu ərazi deyəsən unudulub:
“SDK gömrük yolu tez-tez bağlı olur. Buna görə də yalnız sakinlər yox, eləcə də digər vətəndaşlar bu küçələrdən alternativ yol kimi yararlanırlar. Yağış yağan kimi ərazidən gölməçə və dizə qalxan palçıq əlindən keçmək olmur. Bu da yol iştirakçılarının hərəkətini çətinləşdirir”.