Dumanlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda görmə məsafəsinin məhdudlaşacağı gözlənilir. Bu barədə ShimalNews 12 dekabr tarixində AZƏRTAC-a istinadən məlumat verir.
Dekabrın 13-də, əsasən, gecə və səhər saatlarında duman ilə əlaqədar Bakı-Quba, Quba-Xaçmaz, Quba-Qusar magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 200-700 metrədək məhdudlaşacağı proqnozlaşdırılır. Bundan əlavə, dağlıq rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, yolların buz bağlayacağı ehtimalı var.