top
Sakinlər kamera tələb edir - Şabran-Quba avtobuslarında əxlaqsızlıq İDDİASI
29 noyabr 2024, 17:15
- +

Sakinlər kamera tələb edir - Şabran-Quba avtobuslarında əxlaqsızlıq İDDİASI

Quba-Şabran avtobusunda təhlükəsizlik kameralarının olmaması narazılığa səbəb olub.

Shimal.News xəbər verir ki, sakinlərin iddialarına görə marşrut avtobuslarında vəziyyət acınacaqlıdır. Belə ki, avtobuslarda təhlükəsizlik kameralarının və işıqlandırılmanın olmamasından  bəzi gənclər sui-istifadə edirlər. Avtobuslarda yaşanan açıq “sevgi”, əxlaqa zidd hərəkətlər vətəndaşları narahat edir.

“Hər gün bu marşrutdan istifadə edirəm. Gördüyüm mənzərələr çox iyrəncdir. Unutmayaq ki, avtobuslardan uşaqlar, qocalar və s. istifadə edir. Gələcək nəsillərin tərbiyəsindən çox narahatıq. Aidiyyəti qurumlardan avtobusların kameralarla təchiz olunmasını və işıqlandırılmasını tələb edirik”, - deyə sərnişin F.Məmmədov qeyd edib.

Shimal.News məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

Cavab olaraq Agentliyin mətbuat katibi Pərvanə Əliyeva bildirib ki, müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinə dair tələblərə əsasən avtonəqliyyat vasitələri bütün salonu əhatə edən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusuna malik videokameralar ilə təchiz edilməlidir: “Həmçinin avtonəqliyyat vasitələrinin salonunda sürücünün görməsinə maneə yaratmamaq şərtilə salonu işıqlandıran işıqlar olmalıdır. Sutkanın qaranlıq vaxtı sərnişin daşınarkən, həmin işıqlar yandırılmalıdır”.

O vurğulayıb ki, Şabran-Quba marşrutunun müvəqqəti istismarçısına mövcud çatışmazlıqları aradan qaldırması ilə bağlı xəbərdarlıq edilib.

 

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
Dünən, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
Dünən, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
Dünən, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
Dünən, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
Dünən, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
Dünən, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
Dünən, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
Dünən, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
Dünən, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Cəmiyyət
13 sentyabr 2026, 10:19

Qaxın dağlar qoynunda gizlənən qədim kəndi – Sarıbaş

İdman
12 sentyabr 2026, 18:02

Xaçmazda kənd stadionu yenilənərək istifadəyə verildi

Cəmiyyət
12 sentyabr 2026, 17:20

Qubada II LCOY Azərbaycan 2026: Milli Gənclər Bəyanatı hazırlanır

Cəmiyyət
12 sentyabr 2026, 16:10

Qubada işıqfor sonrası tıxac: Sürücülər problemin həllini belə görür

Cəmiyyət
12 sentyabr 2026, 15:52

Xudatda yeni istiqamət lövhələri quraşdırılır

Cəmiyyət
12 sentyabr 2026, 15:35

Qubadan olan Milix Yevdayevə yüksək dövlət ordeni təqdim edildi

Cəmiyyət
12 sentyabr 2026, 14:44

Zaqatala xəstəxanasında yanğın təlimi keçirildi

İqtisadiyyat
12 sentyabr 2026, 13:54

Zaqataladakı heyvan bazarlarının fəaliyyətinə icazə verildi

İdman
12 sentyabr 2026, 12:53

"Qəbələ" Gəncədə, "Şamaxı" Sumqayıtda – Premyer Liqada 5-ci tur

Cəmiyyət
12 sentyabr 2026, 11:52

Qubada dağ yəhudiləri 5787-ci ili qarşılayırlar – Roş ha-Şana qeyd olunur

İdman
12 sentyabr 2026, 11:12

"Zaqatala"dan qonaqlara 3 cavabsız qol – VİDEO

Cəmiyyət
12 sentyabr 2026, 10:24

İsmayıllıdan olan şəhid leytenant Elnur Səmədovun döyüş yolu

Cəmiyyət
12 sentyabr 2026, 09:18

Qusarda dövlət bayraqlarına 12 min manatdan çox pul xərclənəcək

Oxşar xəbərlər